AZ

Ağdərə sakini: Bütün ailə üzvlərimizlə yurdumuza qayıdırıq

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mən Ağdərə rayonu Baş Güney kəndində doğulmuşam. Ehtiyatda olan zabitəm. Orada əməliyyatlarda iştirak etmişəm və döyüşlərdə hər iki böyrəyimi itirmişəm. Ağdərə, Ağdam və Tərtər istiqamətində gedən döyüşlərin iştirakçısıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".

Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün Mehman İsmayılov deyib.

O bildirib ki, 44 günlük müharibədəki zəfərimiz Azərbaycam xalqı üçün son 200 illik tariximizin ən möhtəşəm qələbəsidir:

"Ona görə də bütün Azərbaycan xalqını təbrik edirəm. Ailədə altı nəfərik və hər birimiz geri qayıdırıq. 34 ildən sonra uğrunda döyüşdüyüm, yaralandığım torpaqlara qalib ölkənin vətəndaşı kimi qayıtmaq qürurvericidir".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
oxu.az

1Mənbələr