Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının tamamilə bağlandığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Buna səbəb kimi uçuşların və təyyarə heyətlərinin təhlükəsizliyini təmin etmək, eləcə də “regional təhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr” fonunda ölkə ərazisini qorumaq göstərilib. Bu addımın “müstəsna ehtiyat tədbiri” olduğu bildirilib.