İran dronları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir hissəsi olan Fucayra Əmirliyindəki neft sənaye zonasına hücum edib.
"Far.Az"un məlumatına görə, bu barədə Əmirliyin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dron hücumu sənaye zonasında yanğına səbəb olub.
"Fucayra neft sənaye zonasında dron hücumundan sonra yanğın baş verib. Tələfat olmayıb və xilasetmə xidmətləri qısa zamanda hadisə yerinə gəlib və yanğını lokallaşdırmağa çalışır", - məlumatda deyilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.