İranın cənubundakı Minab şəhərində qızlar məktəbinə edilən ölümcül hücuma görə Tehran ABŞ və İsraildən təzminat tələb edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.
O bildirib ki, hücum zamanı əsasən uşaqlar olmaqla 160-dan çox insan həlak olub. Səfir bildirib ki, məktəb hücumu ilə bağlı araşdırmalar başa çatıb.
"28 fevralda baş verən hadisə ilə bağlı araşdırmalar nəticəsində hücuma görə ABŞ-ın məsuliyyət daşıdığı qənaətinə gəlinib",-deyə diplomat vurğulayıb.
Anar