Mingəçevirdə kökündən qopan ağac elektrik naqillərinin üzərinə aşıb.
NOCOMMNET.az xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib. İrigövdəli ağac elektrik xəttini qırıb və yola düşərək onu bağlayıb.
Elektrik xəttinin qırılması nəticəsində ətraf qaranlığa bürünüb. Hadisə yerinə aidiyyati xidməti qurumun əməkdaşları çağırılıb./”Unikal”/