AZ

Kartofun qiyməti bu sahəyə marağı artırıb

Gəncədə I Türkoloji Qurultayın 100 illiyi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım günü ilə bağlı beynəlxalq konfrans keçirilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevin, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztopun, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədovun, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyevin, AMEA-nın Gəncə bölməsinin sədr müavini Əlimuxtar Muxtarovun, eləcə də elm və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Nizami Gəncəvi məqbərəsini ziyarət edərək böyük mütəfəkkirin  məzarı üstünə gül dəstələri düzmüşlər. 

Sonra I Türkoloji Qurultayın türk dünyasının elm və mədəni inkişafındakı rolundan, eləcə də Nizami Gəncəvinin zəngin ədəbi irsinin bəşəri əhəmiyyətindən bəhs edən məruzələr dinlənilmişdir.

"Azərbaycan"

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr