AZ

Futbolda bu oldu, topu robot gətirdi Video

ain.az bildirir, Qol.az portalına istinadən.

Futbolda bu oldu, topu robot gətirdi - Video

Bundesliqanın 26-cı turunda keçirilən “Ştutqart” – "Leyptsiq” oyununda (1:0) maraqlı hadisə yaşanıb.

QOL.az Almaniya mediasına istinadən xəbər verir ko, “NEURA Robotics” şirkətinin hazırladığı humanoid robot 4NE1 Mini ilk dəfə stadionda təqdim olunub. Robot oyun öncəsi və zamanı müxtəlif funksiyalar yerinə yetirib – rəmzi ilk zərbə mərasimində iştirak edib, matç topunu meydana gətirib və klub əfsanəsi Sami Xediraya müsahibə üçün mikrofon təqdim edib.

Bu təqdimat “Innovation Match Day” çərçivəsində baş tutub və idmanla texnologiyanın bir araya gəlməsini nümayiş etdirib.

Qeyd edək ki, "NEURA Robotics" gələcəkdə milyonlarla kognitiv robotun istifadəyə verilməsini planlaşdırır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
qol.az

3Mənbələr