AZ

Tovuzda PARTLAYIŞ: Bir ailənin 4 üzvü xəsarət aldı

Tovuz rayonunda yaşayış evində partlayış olub.
 
Moderator.az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib.
 
Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub.
 
Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri - 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
34
4
moderator.az

6Mənbələr