AZ

“Ən gözəl bayramlarım Ağdamda keçib, pəhrizdə olduğumuza görə evdə şirniyyat hazırlamırıq” - FOTO+ÖZƏL

“Bu gün Novruzun sonuncu torpaq çərşənbəsidir. Bütün xalqımızı bu münasibətlə ürəkdən təbrik edirəm. 16 yaşıma qədər bayramları Ağdamda qeyd etmişəm. Bakıda təhsil aldığıma görə burada qalırdım, amma 1992-ci ilə qədər gedib-gəlmişik. Əlimədətli kəndində evimiz var idi. Ən gözəl, ən xoşbəxt anlarım orada keçibmiş heç xəbərim olmayıb. Baxmayaraq ki, çox çatışmazlıqlar var idi, amma o qədər xoşbəxt idik ki.. Evimiz, eşiyimiz, ailəmiz böyük idi, itkilərimiz yox idi, qaçqınçılıq olmamışdı, hamı gözəl yaşayırdı”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib.
 
O daha sonra əlavə edib:
“O vaxt birinci çərşənbədən başlayaraq bütün çərşənbələri qeyd edirdik. Buna biz yalançı çərşənbə deyirdik. Daha çox məktəbdə hiss olunurdu ki, bu gün çərşənbədir. Kimisi məktəbə qovurğa gətirirdi, kimisi yumurta gətirib döyüşdürürdü. Çərşənbələrdə bacım uşaqları ilə birlikdə gedib torpa atırdıq. O vaxt papaq atmazdıq. Baxmayaraq ki, hər kəsin evində hər şey var idi, amma qonşular bir-birinə pay verirdi. Kimin əl qabiliyyəti var yoxsa yoxdur burada bilinirdi. Qapı pusurduq, evlər təmizlənirdi, Novruzda yorğan-döşəklər havaya atılırdı, ölənlərimizi ziyarətə gedirdik. Bir sözlə hər şey çox gözəl imiş. Artıq illərdir Ağdam camaatı bayramları öz torpaqlarında, evlərində qeyd edirlər. İnanıram və əminəm ki, biz də nə vaxtsa Ağdama köçüb, çərşənbələri, bayramları öz doğma yurdumuzda qeyd edəcəyik”.
 
Xalq artisti bildirib ki, pəhrizdə olduğu üçün bayram şirniyyatları hazırlamayıb:
 
“Qızım da, mən də pəhrizdə olduğumuz üçün çalışırıq evdə şirniyyat hazırlamayaq. Bacılarım hazırlayıb gətirir. Bir-ikisini yeyə bilərik, amma çox istəmirik. Evdə yaxın qoymuram ki, şirniyyat bişirsinlər”, - deyə sənətkar bildirib.
Seçilən
2
1
moderator.az

2Mənbələr