AZ

Voleybol üzrə Azərbaycan Yüksək Liqasının 18-ci turuna start verilir

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasının 18-ci turuna start veriləcək.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında iki matç baş tutacaq.

“Neftçi” “Gənclər”lə, “Ordu” “Murov Az Terminal”la üz-üzə gələcək. Görüşlər Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

Qadınların mübarizəsində “Murov Az Terminal” “Turan”ın qonağı olacaq. Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.

İdman.Biz
Seçilən
17
1
idman.biz

2Mənbələr