Fransa Liqa 1-də fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada müqavilə ilə “Real”a məxsus olan və icarə qaydasıyla “Lion”da çıxış edən Endrik qalib gəlib. Braziliyalı forvard Fransa çempionatında ötən ay 4 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 19 yaşlı futbolçunun Fransadakı uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Daha əvvəl “Çelsi” və “Atletiko”nun Endrik ilə maraqlandığı xəbər verilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta