AZ

Azərbaycanda aztəminatlıların sayı artıb, verilən yardımın məbləği azalıb

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda 76,1 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2025-ci il yanvarın 1-nə olan məlumata görə ölkədə 76 min aztəminatlı ailənin 334,5 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardımın bir nəfərə düşən orta aylıq məbləği isə 107,5 manat olub.

Açıqlanan məlumatlardan da göründyü kimi, ünvanlı dövlət sosial yardım alanların sayı son bir ildə 1,5 min nəfər artıb və onların bir nəfərə düşən orta aylıq məbləği isə 11,8 manat və ya 11% azalıb.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
yeniavaz.com

3Mənbələr