AZ

Neymar milliyə çağırılmamasına reaksiya verdi

"Santos" klubunun hücumçusu Neymarın Braziliya millisinin yaxın yoldaşlıq oyunları üçün heyətə çağırılmamasına münasibət bildirib.

Publika.az xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə "Footmercato"ya açıqlama verib:

"Nəticə etibarilə, milliyə dəvət almamağım məni məyus etdi və üzgünəm. Amma mən gündən-günə, məşqdən-məşqə, oyundan-oyuna fokuslanaraq işləməyə davam edirəm. Diqqətimi itirmirəm. Biz məqsədimizə çatacağıq. Millinin yekun heyəti hələ qarşıdadır".

Braziliya millisi martın 26-da Fransa yığması ilə qarşılaşacaq, aprelin 1-də isə Xorvatiya ilə üz-üzə gələcək.

Seçilən
11
publika.az

1Mənbələr