AZ

Yardımlıda 9 kiloqram narkotik dövriyyədən çıxarıldı - İki nəfər həbs edildi

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Tədbirlər nəticəsində 30 yaşlı Orxan Verdiyev və 34 yaşlı İlham Abbasov saxlanılıblar.
 
Onlardan müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdikləri 9 kiloqram marixuana aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Seçilən
20
22
moderator.az

10Mənbələr