AZ

İsveç Aİ ni elektrik enerjisi ixracını məhdudlaşdırmaqla hədələyir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Stokholm, 17 mart, AZƏRTAC

İsveç elektrik enerjisi şəbəkələrinin ifrat yüklənməsi gəlirləri - operatorların fərqli qiymətlərlə regionlar arasında elektrik enerjisi ötürərkən qazandıqları vəsaitlərlə bağlı Aİ ilə mübahisəyə girib. Avropa Komissiyası bu vəsaitlərin bir hissəsinin ümumavropa enerji layihələrini maliyyələşdirmək üçün ayrılmasını təklif edib ki, bu da Stokholmun narazılığına səbəb olub.

AZƏRTAC xəbər verir ki, İsveçin energetika naziri Ebba Buş təşəbbüsü kəskin tənqid edərək ölkənin əhəmiyyətli gəlir itirmək niyyətində olmadığını vurğulayıb. O bildirib ki, İsveç Aİ-nin enerji siyasətində fəal rol oynamasına baxmayaraq, özünün ədalətsiz münasibətə məruz qaldığını hesab edir.

Buna cavab olaraq, ölkə hakimiyyəti mövcud ixrac kabelləri üçün lisenziyaların yenilənməsindən imtina edilməsi və yenilərinin tikintisinin dayandırılması da daxil olmaqla sərt tədbirləri nəzərdən keçirir. Bu, Danimarkaya daha çox təsir göstərə bilər.

Norveç də təşəbbüsə qarşı çıxıb. Eyni zamanda, Aİ-nin enerji komissarı Dan Yörqensen dialoqa hazır olduğunu bildirib və kompromis həll yollarını tapmağın vacibliyini vurğulayıb. Danışıqlar artıq başlayıb və tərəflər yaxın aylarda məsələnin həll olunacağını gözləyirlər.

Qeyd etmək lazımdır ki, İsveç elektrik enerjisinin əhəmiyyətli bir hissəsini ölkənin şimalındakı su elektrik stansiyalarından əldə edir və bu, daha sıx məskunlaşmış cənub bölgələrinə ötürülməlidir. Dövlət son illərdə bunun sayəsində əhəmiyyətli gəlir əldə edib və bu vəsaiti itirmək istəmir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azertag.az

2Mənbələr