AZ

Sumqayıtda narkomaniya ilə bağlı forum keçirilib- ÖZƏL

Sumqayıt şəhərində narkomaniya ilə bağlı forum keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Bu gün Sumqayıt şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu"nda deputat həmkarlarımla birlikdə iştirak etdik: "Tədbirdə çıxış edərək qeyd etdim ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə və inzibati tədbirlərlə məhdudlaşmamalı, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə sistemli maarifləndirmə və profilaktik fəaliyyət həyata keçirilməlidir. Bu baxımdan, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təşviqi, onların zərərli vərdişlərdən uzaq tutulması və düzgün həyat dəyərlərinin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Forum çərçivəsində gənclər arasında narkomaniya ilə mübarizənin gücləndirilməsi, profilaktik tədbirlərin səmərəliliyinin artırılması, maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində aktual məsələlər müzakirə olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr