AZ

Apple AirPods Max qulaqlıqlarının ikinci nəslini təqdim edib

Amerikanın Apple korporasiyası tamölçülü qulaqlıqlarının yeni versiyası — AirPods Max 2 modelini təqdim edib. Yenilənmiş qurğu daha yüksək səs keyfiyyəti və təkmilləşdirilmiş səsboğma texnologiyası ilə seçilir. Cihazın qiyməti 549 ABŞ dolları təşkil edir.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Yeni model H2 chip ilə təchiz olunub və bu çip bir sıra süni intellekt funksiyalarını dəstəkləyir. Onların arasında real vaxt rejimində nitqin tərcüməsi də var. Qulaqlıqlarda həmçinin danışıq tanıma rejimi mövcuddur: yaxınlıqda söhbət başladıqda səs avtomatik olaraq azalır, telefon zəngləri zamanı isə sistem istifadəçinin səsini ön plana çıxararaq fon səslərini boğur.

İstehsalçının məlumatına görə, aktiv səsboğma funksiyasının effektivliyi əvvəlki nəsil — 2020-ci ildə təqdim olunmuş AirPods Max ilə müqayisədə 1,5 dəfə artırılıb. Ətraf səsləri qulaqlığı çıxarmadan eşitməyə imkan verən “şəffaflıq rejimi” də yenilənərək daha təbii səslənmə ilə təmin olunub. Bundan əlavə, kəskin xarici səsləri avtomatik zəiflədən funksiya da əlavə edilib.

Seçilən
27
ikisahil.az

1Mənbələr