AZ

Qüdrət Həsənquliyev Bakıda uçan drondan DANIŞDI

"Martın 16-da Bakı səmasında qeydə alınan dron uçuşu ictimaiyyətə rəsmi şəkildə açıqlanmayıb. Dövlət orqanlarının əsas vəzifələrindən biri vətəndaşları vaxtında və dəqiq informasiya ilə təmin etməkdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.

Onun sözlərinə görə, belə hallarda məlumat verilməməsi çoxsaylı şayiələrin yayılmasına səbəb olur ki, bu da həm ictimaiyyətin narahatlığına, həm də dövlət qurumlarına olan etimadın azalmasına gətirib çıxarır.

"Vətəndaşlar üçün operativ və dəqiq informasiya təqdim olunması yalnız onların təhlükəsizliyini təmin etmir, həm də dövlətin şəffaflıq prinsiplərinə əməl etdiyini göstərir. Məlumat verilməməsi, xüsusilə təhlükəsizliklə bağlı hallarda, həm şayiələrin artmasına, həm də sosial gərginliyin yaranmasına səbəb ola bilər. Dövlət orqanları yaranan suallara aydınlıq gətirməli və ictimaiyyəti məlumatlandırmalıdır".

Nuriyyə NATİQQIZI

 

Seçilən
0
2
redaktor.az

3Mənbələr