AZ

Nigeriyada terror aktı: 23 nəfər həlak olub, 100-dən çox yaralı var

Nigeriyanın şimal-şərqində terrorçu-kamikadzelərin törətdiyi partlayışlar nəticəsində azı 23 nəfər ölüb, 108 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Nigeriya polisinin sosial media hesabında dərc olunmuş açıqlamasında deyilir. Partlayışlar Borno ştatın inzibati mərkəzi Mayduquri şəhərində qeydə alınıb. İntihar hücumları şəhər universitetinin xəstəxanası, bazar və magistral yol keçidinin yaxınlığında həyata keçirilib. Hazırda polis yaxınlıqdakı ərazilərdə əlavə partlayıcı qurğuların olub-olmadığını yoxlayır. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən “Boko Haram” qruplaşması 2009-cu ildə məhz Mayduquri şəhərində qurulub. “Boko Haram” ölkədə şəriətlə idarə olunan hakimiyyət qurmağı hədəfləyir və müntəzəm olaraq hakimiyyət orqanlarına və güc strukturlarına qarşı əməliyyatlar təşkil edir.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr