AZ

Deputat: Vətəndaşlara doğru və operativ məlumat verilməlidir

Regionda baş verən hadisələr fonunda informasiya müharibələrinin uzunmüddətli olacağı gözlənilir. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, xüsusilə Yaxın Şərqdə davam edən gərginlik qısa müddətdə aradan qalxmayacaq və bu şəraitdə informasiya axınının düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir.

Novruzov qeyd edib ki, adi dron uçuşlarının belə cəmiyyətdə panika yaratması və məlumatların yanlış formada yayılması arzuolunan hal deyil.

Deputat vurğulayıb ki, bu kimi halların qarşısını almaq üçün vətəndaşların dəqiq və operativ informasiya ilə təmin edilməsi zəruridir.

Gülnar Nazimqızı 

Seçilən
32
1
anews.az

2Mənbələr