AZ

Oscar a dəvət edilən ilk türk aktrisa

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış aktrisa Dilan Çiçek Deniz "Oscar" gecəsinə qatılıb. 

"Unikal" xəbər verir ki, aktrisa 98-ci "Oscar" mükafatları çərçivəsində "Elton John AIDS Foundation" tərəfindən təşkil olunan ən nüfuzlu tədbirlərdən biri – “Oscar Party"də yer alıb. O, bununla da sözügedən tədbirə dəvət alan ilk və yeganə türk aktrisa olub.

Qeyd olunur ki, "West Hollywood Park" ərazisində keçirilən gecə qırmızı xalça mərasimi, "Oscar" izləmə proqramı və xeyriyyə hərracı ilə yadda qalıb. Həmçinin, aktrisa qırmızı xalçadakı görünüşü ilə də medianın diqqət mərkəzində olub.

Dünya ulduzlarını bir araya gətirən bu gecə kino sənayesinin ən prestijli və nüfuzlu tədbirlərindən biri hesab olunur.

 Ayxanım Məlikova

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
2
unikal.az

3Mənbələr