AZ

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışıb

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışıb

Azərbaycan və Pakistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Bu barədə məlumat Pakistan XİN-in “X” hesabında paylaşılıb. 

Tərəflər söhbət zamanı regionda davam edən hadisələr və iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Məlumata görə, nazirlər xüsusilə Yaxın Şərqdə artan hərbi gərginliyi və regional təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər. Həmçinin, Azərbaycan və Pakistan arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin cari vəziyyəti yüksək qiymətləndirilib və gələcək təmasların planları müzakirə olunub.

Seçilən
23
afn.az

1Mənbələr