Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Far.Az"un hadisə yerində olan müxbiri xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
"Far.Az"un hadisə yerində olan müxbiri xəbər verir ki, hazırda soyutma işləri gedir.
Eyni zamanda, binadan sakinlərin təxliyəsi davam edir.
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə sakinlər təxliyə edilir.
"Far.Az"un hadisə yerində olan müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri və texnikaları, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.
Yanğında tüstüdən zəhərlənən şəxslərin olduğu bildirilir.
Hazırda yanğının söndürülməsi ilə bərabər təxliyə işləri aparılır.
Bakıda yaşayış binasında yanğın baş verib.
Bu barədə "Far.Az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.