Bakı. Trend:
2025-ci il üzrə Azərbaycanın xalis xarici maliyyə aktivləri 5.4milyard ABŞ dolları artıb.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.9milyard dollar), portfel investisiyaları (1.9 milyard dollar) vədigər investisiyalar (2.6 milyard dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə398.9 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşainvestisiyalar (-76.2 milyon dollar), neft bonusu (450.4 milyondollar), portfel
investisiyaları (-28.1 milyon dollar) və digər investisiyalar (52.8milyon dollar) hesabına formalaşıb.
Ümumilikdə, 2025-ci il üzrə kapital və maliyyənin hərəkəti üzrədinamika 2024-cü ilin göstəricisi ilə müqayisədə qismənyaxşılaşıb", - qeyd edilib.