AZ

Regional sabitliyə töhvə ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 12-də keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək qlobal təhlükəsizlik, regional sabitlik və enerji təhlükəsizliyi ilə bağlı mühüm mesajlar səsləndirdi. Azərbaycanın beynəlxalq dialoq platformasına çevrilmiş Qlobal Bakı Forumunda səsləndirilən fikirlər müasir dünyanın qarşısında duran əsas çağırışları bir daha gündəmə gətirdi.

Ölkə Prezidenti cənab İlham Əliyev Formdakı çıxışda qeyd etmişdir ki, hazırkı geosiyasi şəraitdə təhlükəsizlik və sabitlik hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Dünyada yeni münaqişə ocaqlarının yaranması, uzunmüddətli qarşıdurmaların davam etməsi və beynəlxalq hüququn selektiv tətbiqi dövlətlərin təhlükəsizlik siyasətinə daha məsuliyyətlə yanaşmasını tələb edir. Biz bu gün Şərq-Qərb və Şimal – Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq.

Dövlət başçısı Azərbaycanın regional təhlükəsizlik məsələlərinə yanaşmasından da geniş bəhs edib. Qeyd olundu ki, Azərbaycan uzun illər işğalla üz-üzə qalmış və təxminən 30 il ərzində ərazilərinin 20 faizi işğal altında olmuşdur. Lakin ölkəmiz beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə nail oldu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan işğal olunmuş torpaqları hərbi-siyasi yollarla azad etməklə yanaşı, regionda davamlı sülhün təmin olunması üçün ardıcıl siyasət yürüdür. Bu gün Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi regionda yeni reallıqlar yaradıb və artıq yeddi aydır ki, sərhəddə sabitlik hökm sürür.

Ölkə liderinin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də enerji təhlükəsizliyi məsələsi idi. Müasir dünyada enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini vurğulayan ölkəmizin rəhbəri, Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi rolunu xüsusi qeyd etdi. Son illərdə ölkəmizdən təbii qaz alan dövlətlərin sayının artması Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin gücləndiyini göstərir.

Həmçinin ölkə başçısı Azərbaycanın beynəlxalq nəqliyyat və logistika layihələrində oynadığı rola da toxundu. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaş olduğunu qeyd edən Prezident bu layihələrin qlobal ticarət və iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət daşıdığını bildirdi.

Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində oynadığı rolu bir daha aydın şəkildə nümayiş etdirdi. Azərbaycanın sülh təşəbbüsləri, enerji təhlükəsizliyinə verdiyi töhfə və nəqliyyat-logistika layihələrindəki fəallığı ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.Bu baxımdan Qlobal Bakı Forumu yalnız fikir mübadiləsi platforması deyil, həm də beynəlxalq əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm siyasi dialoq məkanı kimi çıxış edir.

Şimal - Cənub və Şərq – Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edən Azərbaycan regionlararası əməkdaşlığın gücləndirilməsində və qlobal ticarətin inkişafında əvəzsiz rol oynamağa davam edir. Bu da ölkəmizin beynəlxalq nüfuzunun və iqtisadi inkişaf prespektivlərinin daha da genişlənməsinə böyük imkanlar açır.

Elşad Cəfərov

YAP Culfa rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
sesqazeti.az

1Mənbələr