AZ

Ötən il Azərbaycanın ilkin gəlirlər balansında 2 mlrd. dollarlıq kəsir olub

2025-ci ildə Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 mlrd.$ kəsir, qeyri neft-qaz sektoru üzrə isə 0.6 mlrd.$ profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 27.4% azalaraq 2 mlrd.$ təşkil edib...

Poliqon bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7.8 mlrd.$ olub. Bunun 62.8%-ini 4.9 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (3.4 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 3 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (249.6 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (478.9 mln.$) və digər ödənişlər (736.8 mln.$) təşkil edib.

Poliqon.info

Seçilən
4
3
poliqon.info

5Mənbələr