AZ

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb

Növbəti
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavənd kəndi 11 ailə olmaqla, 36 nəfərə qucaq açıb.
İlaxır çərşənbədə yurda qədəm qoyan ailələr üçün ikiqat bayram sevinci olub. Yeni köçən ailələr həm yurda qovuşmağın, həm də bayramın sevincini yaşayıblar. Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
Seçilən
1
7
1news.az

10Mənbələr