AZ

ASAN Süni İntellekt platforması vasitəsilə ABAD-da xidmətlərin EFFEKTİVLİYİ VƏ OPERATİVLİYİ TƏKMİLLƏŞDİRİLƏCƏK - ÖZƏL

Gələcək mərhələdə “ABAD” fəaliyyətini daha çox innovativ yanaşmalar və praktik həllər üzərində qurmağı planlaşdırır. Əsas məqsəd ailə təsərrüfatlarını kiçik, lakin rəqabətqabiliyyətli biznes subyektlərinə çevirməkdir. Bu istiqamətdə məhsulların yüksək keyfiyyət standartlarına uyğunlaşdırılmasında daha intensiv addımların atılması, müasir qablaşdırma və dizayn həllərinin tətbiqi, həmçinin istehsal və satış proseslərinin daha səmərəli təşkili nəzərdə tutulur.

Bunu ABAD publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı “İki sahil” qəzetinə müsahibəsində söyləyib. 

Vüsal Arzumanlı bildirib ki, 2026-cı ildə ASAN Süni İntellekt platforması (ASAN AI Hub) vasitəsilə süni intellekt alətinin yaradılması planlaşdırılır. Bu alətin tətbiqi “ABAD”ın fəaliyyətinin daha çevik və operativ təşkilinə, həmçinin ailə bizneslərinə göstərilən xidmətlərin daha effektiv şəkildə həyata keçirilməsinə, məhsulların brendinq prosesinin təkmilləşdirilməsinə və satış proqnozlarının daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr