AZ

İsrail Müdafiə Qüvvələri: Bəsic” komandiri Qulamrza Süleymani məhv edilib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələri gecə saatlarında İrana hava zərbələri zamanı “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani də hədəf alıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, "Tehrana dəqiq zərbə nəticəsində Qulamrza Süleymani məhv edilib".

Bildirilib ki, zərbə endirilərkən Süleymani “Bəsic”in çadır düşərgəsində olub.

Bundan əlavə, “Bəsic” komandirinin müavini və digər yüksək vəzifəli rəsmilərin də öldürüldüyü bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
10
apa.az

10Mənbələr