AZ

Bəzi məhkum kateqoriyalarına ali təhsil imtahanlarında iştirak imkanı yaradılması planlaşdırılır

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yetkinlik yaşına çatmayan məhkumların, həmçinin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətmiş şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün xüsusi mexanizmin hazırlanması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, məlumata görə, təşəbbüs məhkumların təhsil hüququnun genişləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasının gücləndirilməsi məqsədi daşıyır. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq işlər aparılır.

Qeyd edək ki, hazırlanacaq mexanizmin imtahanlarda iştirakın təşkili və təhlükəsizlik məsələlərini də əhatə edəcəyi gözlənilir.

Xatırladaq ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr