AZ

Paytaxtın "Örnək müəllim"ləri - SİYAHI 

AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.

Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.

Fəaliyyət coğrafiyası Bakını əhatə edən 30 müəllimin siyahısı:

1. Şəlalə Həsənova – Bakı şəhər, Xəzər rayonu E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbin Kimya müəllimi;

2. Samirə Tağıyeva - Bakı şəhər, Xəzər rayonu R. Sadıqov adına 136 nömrəli tam orta məktəbin fizika müəllimi;

3. Aynurə Qənbərova – Bakı şəhər, Sabunçu rayonu 113 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

4. Nərmin Məmmədli - Bakı şəhər, Xəzər rayonu 121 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

5. Gülsüm Həmzəyeva - Bakı şəhər, Qaradağ rayonu 233 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi;

6. İradə Rəhimova – Bakı şəhər, Nərimanov rayonu R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi;

7. Elmirə Babayeva – Bakı şəhər, Yasamal rayonu 60 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;

8. Günel Vəliyeva – Bakı şəhər, Sabunçu rayonu 192 nömrəli tam orta məktəbdə İbtidai sinif və STEAM müəllimi;

9. Əzizə İbrahimli - Bakı şəhər, Sabunçu rayonu C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Biologiya və STEAM müəllimi;

10. Vüsalə Baxışlı - Bakı şəhər, Sabunçu rayonu Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbin İbtidai sinif müəllimi;

11. Ülkər İbadzadə - Bakı şəhər, Binəqədi rayonu 182 nömrəli tam orta ümumtəhsil məktəbinin Kimya müəllimi;

12. İlhamə Hüseynova – Bakı şəhər, Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin İbtidai sinif və STEAM müəllimi;

13. Aytən İskəndərova - Bakı şəhər, Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin ibtidai sinif müəllimi;

14. Gülşən Şahverdiyeva - Bakı şəhər, Binəqədi rayonu 103 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;

15. Aysel Nəzirova – Bakı şəhər, Qaradağ rayonu Seyfulla Məmmədov adına 110 nömrəli tam orta məktəbin Kimya müəllimi;

16. Zərövşən Ömərova- Bakı şəhər, Binəqədi rayonu 182 saylı tam orta məktəbin Kimya müəllimi;

17. Günel Eminli – Bakı şəhər, Nizami rayonu 251 nömrəli tam orta məktəbdə Biologiya müəllimi;

18. Nigar İbrahimova – Bakı şəhər, Xətai rayonu 287 saylı "Zəkalar" Liseyində ingilis dili müəllimi;

19. Nigar Mehdizadə - Bakı şəhər, Suraxanı rayon 279 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

20. Günay Nəzərova - Bakı şəhər, Binəqədi rayonu Q.Abbasov adına 284 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini;

21. İlahə Əliyeva – Bakı şəhər, Xətai rayonu 221 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

22. Lamiyə Xancanova – Bakı şəhər, Nəsimi rayonu N. Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;

23. Oksana Əliyeva – Bakı şəhər, Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini;

24. Xatirə Nəzərova – Bakı şəhər, Binəqədi rayonu 284 nömrəli tam orta ümumtəhsil məktəbin Fizika müəllimi;

25. Fərqanə Salmanova – Bakı şəhər, Nəsimi rayonu N. Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;

26. Səbinə Rzayeva - Bakı şəhər, Nərimanov rayonu Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasında fəaliyyət göstərir;

27. Ləman Bəşirzadə - Bakı şəhər, Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli məktəbin Riyaziyyat və STEAM müəllimi;

28. Şəhla Yolçuyeva – Bakı şəhər, Səbail rayonu 7 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;

29. Leyla Beybutova – Bakı şəhər, Xəzər rayonu 237 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;

30. Aytən Qılıncova – Bakı şəhər, Binəqədi rayonu 244 saylı məktəbin Riyaziyyat müəllimi.

 

179701

179702

Seçilən
0
4
azedu.az

5Mənbələr