Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan sahibkarları paytaxtımızda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yaradacağı maksimum imkanlardan faydalana bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı KOB evi”ndə keçirilən “WUF13 - özəl sektor üçün məlumatlandırma sessiyası”nda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız dövlət siyasəti ilə məhdudlaşmır.
“Burada innovativ həllər, rəqəmsal texnologiyalar, yaşıl iqtisadiyyat, “ağıllı şəhər” infrastrukturu və dayanıqlı xidmətlərin formalaşmasında özəl sektorun rolu artmaqdadır. Bakı WUF13-ə doğru irəliləyərkən artıq real nəticələr nümayiş etdirir. Paytaxtda yaşıl zonalar genişləndirilir, “ağıllı şəhər” yanaşmaları daha çox tətbiq olunur. Məhz COP29 çərçivəsində şəhərsalma üzrə yüksəksəviyyəli görüşlərin təşkil edilməsi və beynəlxalq ekspert qruplarında fəal iştirak enən Azərbaycan bu sahədə strateji baxışını ortaya qoyub. WUF13 təkcə şəhərsalma mütəxəssisləri üçün deyil, iqlim, infrastruktur, texnologiya və kənd təsərfüfatı sahələrində çalışan bütün qlobal oyunçular üçün gələcəyin şəhərlərini necə quracaqlarına dair bir yol xəritəsini təqdim edir. Forumun Bakıda keçirilməsi Azərbaycanın son illərsə şəhərsalma, urban inkişafı və ərazi bərpası istiqamətlərində həyata keçirdiyi genişmiqyaslı işlərin beynəlxalq səviyyədə təqdim olunması üçün mühüm bir platforma yaradacaq”, - deyə Orxan Məmmədov əlavə edib.
Fotoqraf - Səfiyar Məcnun
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.