AZ

Avtomobil istehsalı artıb

ain.az bildirir, Modern.az portalına istinadən.

2026-cı ilin yanvar-fevral aylarında emal sənayesinin bir sıra sahələrində istehsal indeksində dəyişikliklər qeydə alınıb.

Modern.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qida məhsullarının istehsalı 111,4 faiz, içki istehsalı 101,9 faiz, tütün məmulatlarının istehsalı isə 125,7 faiz təşkil edib. Toxuculuq sənayesində istehsal indeksi 123,7 faiz, geyim istehsalında isə 100,3 faiz olub.

Dəri və dəridən məmulatların, eləcə də ayaqqabı istehsalının indeksi 65,4 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 65,6 faiz səviyyəsində qeydə alınıb. Kağız və karton istehsalı 121,7 faiz, poliqrafiya məhsullarının istehsalı isə 126,6 faiz təşkil edib.

Elektrik avadanlıqlarının istehsalı 148,9 faiz, maşın və avadanlıqların istehsalı 80,0 faiz təşkil edib. Avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 270,1 faizlə ən yüksək artım göstərib.

Bununla yanaşı, mebellərin istehsalı 96,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində isə istehsal indeksi 147,6 faiz olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
modern.az

1Mənbələr