AZ

İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır

İran

İran Futbol Federasiyası Dünya Kuboku oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi üçün FIFA ilə danışıqlar aparır.

Bu barədə İran Futbol Federasiyasının Prezidenti Mehdi Tac deyib.

“Trampın İranın milli komandasının təhlükəsizliyini təmin edə bilməyəcəyi ilə bağlı açıq-aşkar sözlərindən sonra qəti şəkildə Amerikaya səfər etməyəcəyik. FIFA ilə müzakirələr aparırırq ki, İranın Dünya Kubokundakı oyunları Meksikada keçirilsin”, - Mehdi Tac bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın milli komandasının Amerikaya səfər etməyinə qarşı olmadığını, lakin onların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini deyib.

Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
0
2
xalqcebhesi.az

3Mənbələr