AZ

Moldova Rusiyaya nota verdi

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Oleq Ozerovu çağıraraq ona etiraz notası təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səbəb martın 7-də Rusiya Silahlı Qüvvələrinin hücumu zamanı Ukraynanın Novodnestrovski su elektrik stansiyasına zərərin dəyməsi nəticəsində Dnestr çayına neft məhsullarının sızması olub. Qeyd edilib ki, bu çay Moldova əhalisinin təxminən 80 faizini su ilə təmin edir və bu, cəmiyyət arasında ciddi narahatlığa səbəb olub.

Görüş zamanı XİN səfirə etiraz notası, eləcə də Dnestr çayından götürülmüş su nümunəsi təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
bakivaxti.az

3Mənbələr