AZ

XIII Qlobal Bakı Forumu - Regional sabitliyə çağırış

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindən keçir. Qlobal miqyasda güc balansının dəyişməsi, regional münaqişələrin artması, beynəlxalq təhlükəsizlik mexanizmlərinin zəifləməsi və iqtisadi qeyri-sabitlik dövlətlərarası münasibətlərdə yeni reallıqlar formalaşdırır.

Belə bir mürəkkəb şəraitdə Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda etdiyi çıxış müasir dünyanın qarşılaşdığı çağırışlara rasional və praqmatik yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər.      Prezident çıxışında dünyanın keçid dövründə olduğunu qeyd edərək, bu mərhələnin həm imkanlar, həm də ciddi risklərlə müşayiət olunduğunu vurğulamışdır. Onun fikrincə, bu risklərin əsas səbəblərindən biri dövlətlər və cəmiyyətlər arasında fikir ayrılıqlarının dərinləşməsidir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən əsas məsələlərdən biri beynəlxalq hüququn selektiv tətbiqi problemidir. Dövlət başçısı bildirmişdir ki, beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğu etimad mühitini zəiflədir və qarşıdurmaları qaçılmaz edir.     Eyni zamanda, qlobal idarəetmə institutlarının effektivliyinin azalması beynəlxalq sistemdə boşluqlar yaradır. Bu boşluqlar isə ayrı-ayrı regionlarda münaqişələrin dərinləşməsinə, humanitar böhranların yaranmasına və sülh proseslərinin uzanmasına səbəb olur. Prezident bu tendensiyaların qarşısının yalnız birgə səylərlə alına biləcəyini vurğulamışdır.                                                       

Çıxışın əsas ideya xəttini dialoq və qarşılıqlı hörmət prinsipi təşkil edir. Prezident İlham Əliyev qeyd etmişdir ki, fikir ayrılıqları təbii haldır, lakin onların zorakılıq və təzyiq yolu ilə deyil, siyasi dialoq vasitəsilə həlli daha dayanıqlı nəticələr verir.  Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti bu baxımdan real nümunə kimi təqdim edilmişdir.

Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində yaşaması ölkənin daxili sabitliyini gücləndirməklə yanaşı, beynəlxalq dialoqa da töhfə verir.Prezident çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə ədalətli mövqe tutduğunu xüsusi qeyd etmişdir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmət Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir.

Bununla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat və regional əməkdaşlıq layihələri vasitəsilə Azərbaycan qlobal sabitliyə töhfə verir. Bu təşəbbüslər ölkələr arasında qarşılıqlı asılılığı artıraraq, fikir ayrılıqlarının azaldılmasına xidmət edir.

Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı müasir dünyanın mürəkkəb geosiyasi reallıqlarına balanslı yanaşmanın bariz nümunəsidir. Keçid dövründə olan dünyada fikir ayrılıqlarının yalnız dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik yolu ilə aradan qaldırıla biləcəyi mesajı çıxışın əsas məzmununu təşkil edir.Bu çıxış Azərbaycanın qlobal proseslərdə konstruktiv və məsuliyyətli faktor kimi rolunu bir daha nümayiş etdirir və beynəlxalq ictimaiyyət üçün mühüm strateji çağırış xarakteri daşıyır.
                                                                                  

Vaqıf Abdullayev

YAP Culfa rayon Yaycı kənd ərazi partiya təşkilatının sədri

Seçilən
9
1
yeniazerbaycan.com

2Mənbələr