AZ

Sabah hava necə olacaq?

Martın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5 dərəcədən 8 dərəcəyədəj, gündüz 10 dərəcədən 15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5 dərəcədən 10 dərəcəyədək, gündüz 12 dərəcədən 17 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən 2 dərəcədəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq.

Seçilən
31
49
day.az

10Mənbələr