AZ

Tovuzda güclü partlayış: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ziyan dəyib, üç nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



_________

Saat - 10:08

Tovuzda partlayış olub.

Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus evdə anidən partlayış olub. Nəticədə 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Bakı şəhərinə aparılıb. Xəsarət alanlar 1999-cu il təvəllüdlü C.Cəfərov, 2005-ci il təvəllüdlü T.Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərovdur.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib./unikal 

Fakt araşdırılır.

 




Seçilən
20
22
7news.az

10Mənbələr