AZ

Körfəz ölkələrindən Trampa: İrana qarşı müharibəni dayandırma

Fars körfəzi ölkələri əvvəlcə ABŞ-dan İranla müharibəyə başlamağı xahiş etməsələr də, indi bir çoxları Vaşinqtonu dayanmamağa çağırıb.

Herbiand.az xəbər verir ki, bu barədə Fars körfəzindəki üç hökumət mənbəyi Reuters agentliyinə bildirib.

Regional liderlərin mövqeyindəki dəyişiklik İranın ABŞ-İsrail hücumlarına necə verdiyi cavabla bağlıdır.

Məlumata görə, indi Fars körfəzi ölkələri ehtiyat edirlər ki, İran çoxlu miqdarda silah əldə edəcəyi təqdirdə, hazırda Hörmüz boğazını blokada etdiyi kimi, regionun enerji ehtiyatlarını daimi olaraq təhdid edə bilər. Buna görə də, Fars körfəzi ölkələri hesab edirlər ki, Ağ Ev İranın hərbi imkanlarını tamamilə zəiflətməlidir.

Öz növbəsində, ABŞ Fars körfəzi ölkələrinə İrana qarşı müharibəyə qoşulmaq üçün təzyiq göstərir. Bu barədə Reuters agentliyinə eyni mənbələr, eləcə də Qərb və ərəb diplomatları məlumat veriblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
55
herbiand.az

1Mənbələr