AZ

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7,4 faiz artıb

2026-cı ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 9,3 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0,5 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda məhsul istehsalı 0,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Sənaye məhsulunun 56,2 faizi mədənçıxarma sektorunda, 35,5 faizi emal sektorunda, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Seçilən
16
vergiler.az

1Mənbələr