Qadınlardan ibarət basketbol üzrə millimiz AÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, E qrupunda yer alan Evren Alkayanın komandası bu gün 6-cı tur çərçivəsində Ukrayna yığması ilə qarşılaşacaq. Bakı idman Sarayında keçiriləcək görüş saat 19.00-da start götürəcək.
Xatırladaq ki, yığmamız AÇ-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta