AZ

Silahlı qadın sifarişlərin təhvil verilməsi məntəqəsinə BASQIN ETDİ – VİDEO

Moskvada silahlı qadın sifarişlərin təhvil verilməsi məntəqəsinə basqın edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Moskvada tapança ilə silahlanmış qadın sifarişlərin təhvil verilməsi məntəqələrindən birinə quldurluq basqını edib.

Səhər saatlarında həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Qeyd olunub ki, onu 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumata görə, federal axtarışda olan 35 yaşlı qadın Volqoqrad prospektində yerləşən məntəqəyə daxil olaraq tapançanı işçiyə tuşlayıb və ondan pul tələb edib.

İşçidən imtina cavabı aldıqdan sonra o, hücum etməyə cəhd göstərib, lakin yenidən müqavimətlə rastlaşaraq heç nə əldə edə bilməyib və hadisə yerindən qaçıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
99
interpress.az

1Mənbələr