AZ

İran səfirliyindən təcili çağırış: dərman və tibbi ləvazimatlara ehtiyac var » AzadMedia.az

İran

İran səfirliyindən təcili çağırış: dərman və tibbi ləvazimatlara ehtiyac var

İranın Yerevan şəhərindəki səfirliyi dərman və tibbi ləvazimatlara təcili ehtiyac olduğunu açıqlayıb.

Səfirliyin yaydığı bəyanatda bildirilir ki, İran Qızıl Aypara Cəmiyyəti həm fərdi şəxslərdən, həm də humanitar təşkilatlardan, tibbi avadanlıq təchizatçılarından və əczaçılıq şirkətlərindən dərman və tibbi vasitələri təcili şəkildə qəbul etməyə hazırdır.

Qeyd olunub ki, yaralıların sayının artması və tibb müəssisələrinin həddindən artıq yüklənməsi səbəbindən həyati əhəmiyyətli dərman preparatlarına, cərrahi avadanlıqlara, serumlara və digər tibbi ləvazimatlara ciddi ehtiyac yaranıb.

Səfirlik bütün həmvətənləri, fərdi şəxsləri və təşkilatları qısa müddət ərzində bu yardımların toplanması və göndərilməsində iştirak etməyə çağırıb.

Seçilən
19
1
azadmedia.az

2Mənbələr