AZ

İrandan Azərbaycan vasitəsilə təxliyə davam edir

Reyting.az saytına istinadən ain.az xəbər verir.

İrandan martın 17-si saat 12:00-dan 14:00-dək daha 10 Azərbaycan vətəndaşı təxliyə olunub.

Reyting.az "Report"a istinadla xəbər verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

***

İrandan martın 17-si saat 10:00-dan 12:00-dək 9 Çin, 6 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub.

Onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bununla da 28 fevraldan bu günə qədər Çinin 695, Hindistanın 11 vətəndaşı Azərbaycana təxliyə edilib.

***

Martın 17-si saat 00:00-10:00 aralığında İrandan 1 Azərbaycan vətəndaşı və 3 Norveç diplomatı təxliyə olunub.

Onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
reyting.az

10Mənbələr