Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Birləşmiş Ərəb Əmirlikləri sahillərində tankerə mərmi düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Ofisi məlumat yayıb.
Bildirilib ki, naməlum mərmi Fuceyra limanından 23 dəniz mili şərqdə üzən tankerə dəyib və ziyana səbəb olub. Ekipaj üzvlərindən xəsarət alan olmayıb. Ətraf mühitə mümkün təsirlərlə bağlı isə məlumat verilməyib.
Qeyd olunub ki, daha əvvəl Əbu-Dabi hakimiyyəti Banias bölgəsində hava hücumundan müdafiə sistemləri tərəfindən ballistik raketin ələ keçirildiyini açıqlayıb. Hadisə nəticəsində raketin qəlpələrindən bir Pakistan vətəndaşı həyatını itirib.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.