AZ

Finlandiya prezidenti Trampın tənqidinə cavab verdi

Finlandiya prezidenti ABŞ lideri Donald Trampın Böyük Britaniyanın baş naziri Kir Starmerə yönəlmiş tənqidlərinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Finlandiya lideri Aleksandr Stubb britaniyalı hökumət başçısını müdafiə edib.

O, “BBC Newsnight” proqramına müsahibəsində Starmeri yüksək qiymətləndirdiyini söyləyib. 

Stubb əlavə edib ki, bir çox beynəlxalq liderlər Tramp ilə münasibətlərdə həm “yaxşı”, həm də “pis günlər” yaşayırlar.

NATO müttəfiqlərinin, o cümlədən Finlandiyanın ABŞ-yə qoşulmalı olub-olmaması barədə suala cavab verən Aleksandr Stubb bildirib:

“Bu, qəfil hücum idi, buna görə də heç birimiz bundan xəbərdar deyildik və yəqin ki, məhz buna görə müəyyən tərəddüd və müqavimət yarandı”.

Finlandiya prezidenti əlavə edib ki, ölkəsinin öz təhlükəsizlik problemləri var:

“Bizim qayğı göstərməli olduğumuz öz ərazimiz var – Rusiya ilə 1340 kilometrlik sərhədimiz mövcuddur. Əvəzində təklif edə biləcəyimiz bir şey yoxdur. Bizim bazalarımız və buna bənzər imkanlarımız yoxdur. Düşünürəm ki, indi vəziyyətin gərginləşdirilməsindən daha çox sülh vasitəçiliyinə ehtiyac var”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerin ölkəsinin “daha geniş müharibəyə cəlb olunmayacağı” barədə açıqlamasından sonra ondan narazı qaldığını bildirib. Trampın tənqidi həmçinin ABŞ-nin Hörmüz boğazında mümkün əməliyyatlarına dəstək verib-verməyəcəklərini hələ açıqlamayan müttəfiqlərə də yönəlib.

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr