La Liqa 2026-cı il üçün ilk futbol bazar dəyəri yeniləməsini dərc edib.
Msport.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Arda Güler 90 milyon avro dəyərində qalaraq İspaniya liqasının ən bahalı 10 oyunçusundan biri olub.
Bu mövsüm türkiyəli oyunçu “Real” üçün bütün yarışlarda 43 oyun keçirib, 4 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun bazar dəyəri ötən ilin dekabrında 90 milyon avroya çatıb və son yeniləmədən sonra dəyişməyib.
Reytinq yeniləməsindən sonra Lamin Yamal və Kilian Mbappe 200 milyon avro dəyərində La Liqanın ən bahalı oyunçuları olaraq qalırlar. Növbəti yerlərdə 150 milyon avro ilə Pedri və Vinisius Junior gəlir.