ain.az, Gununsesi portalına istinadən məlumat verir.
Törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmaqla, məhkum edilmiş şəxslərin cəza çəkdikləri müddətdə ixtisas və peşə bacarıqlarına uyğun sahələrə cəlb olunması nəzərdə tutulur.
Gununsesi.infoxəbər verir ki, bu yanaşma, onların məhkum olunduqları cinayət əməli peşələri ilə bağlı olmadıqda tətbiq ediləcək.
Məlumata görə, məqsəd məhkumların bilik və bacarıqlarından səmərəli istifadə olunması, eləcə də onların islah prosesinin effektivliyinin artırılmasıdır.
Qeyd olunur ki, bununla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.
Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.