AZ

Böyük Britaniyada süni intellekt sahəsinə 2,5 milyard funt ayrılır

ain.az, Azertag saytına istinadən bildirir.

London, 17 mart, AZƏRTAC

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ölkənin aparıcı texnologiya şirkətləri və alimlərinin xaricə üz tutmasının qarşısını almaq üçün kvant hesablama və süni intellekt sahələrinə 2,5 milyard funt sterlinq investisiya ayrılacağını açıqlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, nazir Britaniyada yaranan texnologiya şirkətlərinin xaricə köçməsi tendensiyasına son qoymaq istədiyini deyib.

Onun sözlərinə görə, hökumətin bu investisiyası, həmçinin Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq və regionlara daha çox səlahiyyət verilməsi iqtisadi artımı sürətləndirməyə kömək edəcək.

Qeyd edək ki, Böyük Britaniyada yaranan bir çox texnologiya şirkəti sonradan fəaliyyətini xaricə köçürür. Bunun əsas səbəbləri arasında dövlət və pensiya fondlarından yetərli investisiyanın olmaması, London Fond Birjasının zəif hesab edilməsi və digər ölkələrdə daha əlverişli vergi güzəştlərinin mövcudluğu göstərilir.

Mütəxəssislərin fikrincə, kvant hesablama ənənəvi kompüterlərdən xeyli güclüdür, çünki daha çox məlumatı eyni anda emal edə bilir. Bu səbəbdən bu texnologiya gələcəyin ən mühüm innovasiyalarından biri və iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən hesab olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr