AZ

Qanada dəhşət: Uşaq bağçasına təyyarə düşdü

Qananın Tema şəhərində kiçik bir təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Qana Milli Yanğından Mühafizə Təşkilatının Tema Bölgəsi üzrə sözçüsü Ebenezer Yenzu ölkənin şərqindəki Böyük Akra bölgəsinə tabe olan Tema şəhərində kiçik təyyarənin düşməsi nəticəsində 2 nəfərin vəfat etdiyini açıqlayıb.

Yenzu qəzanın dünən yerli vaxtla saat 15:00 radələrində baş verdiyini bildirib. Təyyarənin bir uşaq bağçasının həyətinə düşdüyünü qeyd edən Yenzu, yanğınsöndürənlərin hadisə yerində yaranan yanğını qısa müddətdə söndürdüyünü ifadə edib.

Qəzanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün mülki aviasiya rəsmiləri tərəfindən genişmiqyaslı təhqiqat başladılıb. İlkin ehtimallara görə, təyyarənin texniki nasazlıq səbəbindən idarəetmədən çıxdığı düşünülür.

Seçilən
54
1
cebheinfo.az

2Mənbələr